\
25 Aprel 2024 - Cümə axşamı

Donald Trampın keçmiş köməkçisi həbsxanadan buraxıldı

Donald Trampın keçmiş köməkçisi həbsxanadan buraxıldı
1693baxış

ABŞ prezidenti Donald Trampın seçki qərargahının keçmiş başçısı Pol Manafort koronavirusa yoluxma təhlükəsinə görə həbsdən azad edilib.

Mediapress.az” “Politico”ya istinadən xəbər verir ki, keçmiş qərargah rəhbəri ABŞ-a qarşı iki sui-qəsd əməlində ittiham olunur.

Bildirilib ki, P.Manafort barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz edilib. 71 yaşlı sabiq məmuru ailə üzvləri Pensilvaniya ştatındakı həbsxanadan götürüb.

O, aprelin 14-də Donald Trampa həsbxanadan buraxılması ilə bağlı müraciət etmişdi. Xroniki xəstə və yaşına görə onun koronavirusa yoluxma riski böyük olub.