\
20 Aprel 2024 - Şənbə

AİJF İdarə Heyətinin növbəti iclası keçirilib

AİJF İdarə Heyətinin növbəti iclası keçirilib
1702baxış

Mayın 13-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib.

"Mediapress.az"ın məlumatına görə, toplantıda çıxış edən federasiyanın prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və karantin dövründə görülən işlər barədə danışıb. 

Gündəliyə əsasən, AİJF üzvlərinin imtiyaz və öhdəlikləri müzakirə olunub. Bildirilib ki, gələcəkdə də federasiya öz üzvlərinin qaldırdığı məsələlərə həssaslıqla yanaşaraq onlara dəstək olacaq. 

Bununla yanaşı, qurum federasiyanın hər hansı üzvü AİJF mənafeyinə zidd addım atdıqda, müvafiq addım atıla bilər.

Daha bir məsələ tanınmış idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyinin qeyd olunması barədə olub. Qərara alınıb ki, yubiley münasibətilə AİJF üzvləri arasında yazı müsabiqəsi elan olunsun.

Müsabiqə şərtləri tezliklə açıqlanacaq.