\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Zenit" klubunun təyyarəsi məcburi eniş edib

"Zenit" klubunun təyyarəsi məcburi eniş edib
1686baxış

Sankt-Peterburqdan Ufaya uçan Rusiyanın "Zenit" futbol klubuna məxsus təyyarə həyəcan siqnalı verərək Pulkovo hava limanına qayıdıb.

"Mediapress.az"ın "Telegram-kanal"a istinadən məlumatına görə, hadisə təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra baş verib.

Pilotlar depressurizasiya (gövdənin və ya təyyarənin istənilən sisteminin möhkəmliyini itirməsi) səbəbindən Pulkovo aeroportuna geri dönməyi məqsədəuyğun sayıblar. Təyyarə hava limanına uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 100 nəfərin olduğu bildirilib.