\
29 Mart 2024 - Cümə

Qənirə Paşayeva Arif Quliyevlə görüşdü

Qənirə Paşayeva Arif Quliyevlə görüşdü
1811baxış
Millət vəkili,  Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının xalq artisti Arif Quliyev ilə görüşüb.
 
Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz Arif müəllimi doğum günü və yubileyi münasibətilə təbrik edib. Eyni zamanda geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli xalq artistimiz Arif müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib. Azərbaycan Respublikasının xalq artisti, dəyərli aktyorumuz Arif Quliyevin təbrik məktubunda qeyd olunur:
 
"Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevə
 

Hörmətli Arif müəllim!
 
Siz Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, komediya janrında bir çox unudulmaz obrazlara adını həkk etmiş dəyərli sənətkarımızsınız.
Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.