\
26 Aprel 2024 - Cümə

İspaniyada koronavirusdan ölənlərin sayı 27 321-ə çatdı

İspaniyada koronavirusdan ölənlərin sayı 27 321-ə çatdı
1725baxış

İspaniyada ötən sutka ərzində daha 217 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 27 321-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı isə 229 540-a yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.