\
24 Aprel 2024 - Çərşənbə

Hərbi ekspert: “Bu silahı kim əldə etsə, bütün planeti idarə edəcək”

Hərbi ekspert: “Bu silahı kim əldə etsə, bütün planeti idarə edəcək”
1957baxış
Bioloji silahlar maraqlı tərəflərin dünyaya öz iradəsini diktə etmək üçün vasitə ola bilər. 
 
Mediapress.az xəbər verir ki, bu sözləri "Arsenal oteçestva” jurnalının hərbi eksperti Aleksey Leonkov "Zvezda” telekanalında deyib.
 
 
Leonkov deyib ki, 2015-ci ildə bioloji silahların gələcək üçün nəzərdən keçirilməsiylə bağlı məlumatlar ortaya çıxdı. Bu, bakteriya və virusların sürətli mutasiyası ilə əlaqədardır ki, bu da onlara qarşı mübarizəni çətinləşdirir. Bu cür viruslara qarşı peyvənd hazırlamaq və ya əldə etmək heç də həmişə mümkün olmur. Leonkov qeyd edib ki, çox ölümcül bio-silah yaradılsa, onun köməyi ilə kimsə planetin idarəetməsini əlinə alacaq.
 
"Bu, ideal bir silahdır", - deyə ekspert əlavə edib.
 
Xatırladaq ki, bir neçə aydır mediada koronavirusun Vuhan laboratoriyasından yayıla biləcəyini iddia edən bəzi mənbələrin mübahisəsi gedir. Ancaq orada, şayiələrə inansaq, HİV-in müalicəsi məqsədi ilə iş araşdırmalar aparılıb. 
 
Çin bu cür xəbərləri fərziyyə adlanırıb.