\
26 Aprel 2024 - Cümə

Vergi orqanlarına müraciətlər 38% azalıb

Vergi orqanlarına müraciətlər 38% azalıb
1962baxış

Bu ilin aprel ayında vergi orqanlarına 26 296 müraciət daxil olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Mediapress.az”a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 16 378 müraciət və yaxud 38,4% azdır.

Müraciətlərin 24 769-u (94,2%) ərizə, 1 390-ı (5,3%) şikayət, 137-si (0,5%) təklif olub, 7 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 74,2%-i tam, 0,2%-i qismən müsbət həll olunub.

Aprel ayında xidmətin aparatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 841 müraciət və ya 27,4% az - 2 226 müraciət daxil olub. Daxil olan müraciətlərdən 976-sı (43,9%) ərizə, 1 116-sı (50,1%) şikayət, 134-ü (6%) təklif olub, 5 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Aprel ayında Nazirliyin aparatına 1 116 şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 337 şikayət və ya 29,2% azdır.

Ay ərzində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 66 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub.