\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub
1965baxış

Bu ilin yanvar-aprel aylarında Gürcüstan 780,4 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin 409,316 milyon kilovatt/saatı və yaxud 52,4%-i Azərbaycanın payına düşüb.

Gürcüstan Rusiyadan isə 371,083 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. Bu həcm Gürcüstanın idxal etdiyi ümumi elektrik enerjisinin 47,5%-ni təşkil edib.

Yanvar-apreldə Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə 51,09 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini həyata keçirib.