\
28 Mart 2024 - Cümə axşamı

Keçmiş icra başçısının evində intihar hadisəsi baş verib

Keçmiş icra başçısının evində intihar hadisəsi baş verib
1172baxış

Göyçay rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.

Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.