\
23 Aprel 2024 - Çərşənbə axşamı

Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı (FOTOLAR)

Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı (FOTOLAR)
1686baxış
Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Mediapress.az "qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.
 
Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
 
Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.
 
Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.
 
Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.
 
Faktla bağlı araşdırma aparılır.