\
20 Aprel 2024 - Şənbə

Oğuzda "QAZ-53" aşdı, xəsarət alanlar var

Oğuzda "QAZ-53" aşdı, xəsarət alanlar var
1897baxış

Oğuz rayonunda yol qəzası baş verib. 

"Mediapress.az"ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Altay Xanbala oğlu Həsənovun idarə etdiyi "QAZ-53" markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun sərnişini, Xaçmaz kənd sakini Canpolad Nəbi oğlu Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.