\
29 Mart 2024 - Cümə

“Huawei” ABŞ-ın kompüter çiplərinin tədarükünə qoyduğu məhdudiyyətləri qınayıb

“Huawei” ABŞ-ın kompüter çiplərinin tədarükünə qoyduğu məhdudiyyətləri qınayıb
1884baxış

Çinin “Huawei” şirkəti ABŞ hökumətinin kompüter çiplərinin tədarükünə qoyduğu ixrac məhdudiyyətlərinə etiraz edib.

Mediapress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın KİV üçün yaydığı bəyanatda deyilir.

“Huawei” ABŞ Ticarət Nazirliyinin əsasən şirkətimizə qarşı yönələn birbaşa təyinatlı xarici məhsul qaydaları ilə bağlı düzəlişlərini qəti şəkildə pisləyir. Yeni qayda dünyanın 170-dən çox ölkəsində milyardlarla dəyəri olan şəbəkələrimizin genişlənməsi, istismarı və fasiləsiz fəaliyyətinə təsir göstərəcək”, - “Twitter”də yayımlanan bəyanatda yazılıb.

Şirkət hesab edir ki, ABŞ hökumətinin qərarı təkcə “Huawei”yə təsir etmir. “Bu, dünyada bir çox sahəyə ciddi şəkildə təsir edəcək. Uzunmüddətli perspektivdə bu, iqtisadi fəaliyyətin bir çox sahəsinin asılı olduğu qlobal yarımkeçiricilər sənayesinə inam və əməkdaşlığı sarsıdacaq”, - deyə korporasiyadan bildiriblər.

Daha əvvəl Pekin “Huawei” kompüter çiplərinin təchizatına təsir edən ABŞ-ın yeni ixrac nəzarəti tədbirlərinə qəti şəkildə qarşı olduğunu bildirmişdi. Çinin Ticarət Nazirliyi bu tədbirlərin bazar prinsiplərini və ədalətli rəqabəti, beynəlxalq ticarət və iqtisadi münasibətlərin əsas qaydalarını pozduğunu elan edib.

Xatırladaq ki, ötən həftənin cümə günü ABŞ Ticarət Nazirliyinin ixrac nəzarətinə cavabdeh olan Sənaye və Təhlükəsizlik Bürosu yarımkeçirici istehsalında ABŞ texnologiyasından və proqram təminatından istifadə edən xarici şirkətlərdən “Huawei” kompüter çiplərinin tədarükü üçün xüsusi lisenziyalar almağı tələb edən yeni məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.