\
16 Aprel 2024 - Çərşənbə axşamı

Bakıda medal qazanmış cüdoçuda xərçəng aşkarlandı

Bakıda medal qazanmış cüdoçuda xərçəng aşkarlandı
1850baxış

Sloveniyalı cüdoçu Anya Stanqar ağır xəstəliyə tutulub.

"Mediapress.az"ın məlumatına görə, bu barədə 24 yaşlı idmançı sosial şəbəkə hesabında yazıb.

Stanqarın sözlərinə görə, onda xərçəng xəstəliyi aşkarlanıb. Artıq ilk kimyaterapiya kursunu keçən cüdoçu bildirib ki, bu dəfə daxilindəki rəqiblə mübarizə aparır: "Xərçəng diaqnozu qoyulandan sonra prioritetlərim dərhal dəyişdi. Bu, həyatımdakı ən vacib döyüşdür. İnanıram ki, arzuolunmaz hüceyrələrə qarşı mübarizəni qazanıb, onları məhv edə biləcəyəm".

Qeyd edək ki, Anya Stanqar 2017-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə və Bakıdakı Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.