\
29 May 2020 - Cümə

E-Milli Liqanın püşkü atıldı

E-Milli Liqanın püşkü atıldı
1498baxış

AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək e-Milli Liqanın püşkü atılıb. 

"Mediapress.az"ın məlumatına görə, püşkatma nəticəsində 28 komanda 7 qrupa bölünüb. 

Heyəti klub tərəfindən müəyyənləşdirilmiş 2 nəfərdən ibarət komandalar qalibi müəyyənləşdirmək üçün hərəyə 2 oyun keçirəcəklər. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər turnir 3 ay davam edəcək. 

Qeyd edək ki, birinci yerin sahibinə e-Milli Liqa Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar müxtəlif hədiyyələr təqdim edəcəklər. Pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 manat mislinə (1-ci yer üçün); x50 manat mislinə (2-ci yer üçün) və x20 manat mislinə (3-cü yer üçün) bərabərdir.

Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalarla yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq. 

E-Milli Liqaya Premyer Liqa, I Divizion, Region Liqası komandaları ilə yanaşı, qadınlar Yüksək Liqası, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalarda qatılıb.