\
29 May 2020 - Cümə

KİVDF-nun yeni mətbuat katibi...

KİVDF-nun yeni mətbuat katibi...
1685baxış
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni mətbuat katibi təyin olunub.
 
“BakuPost” xəbər verir ki, qurumun icraçı direktoru Əhməd İsmayılovun imzaladığı əmrlə bu posta İlkin Nadirov gətirilib.
 
 
İ.Nadirov bundan əvvəl "Azad Azərbaycan" telekanalının redaktoru vəzifəsində çalışıb. Media sahəsində 10 ildən artıqdır ki, çalışan gənc jurnalist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.