\
29 May 2020 - Cümə

Kəmaləddin Heydərov qəzaya düşdü ANBAAN VİDEO - VİDEO

Kəmaləddin Heydərov qəzaya düşdü ANBAAN VİDEO - VİDEO
1369baxış
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qəzaya düşməsi xəbəri yayılıb.

Xəbərdə bildirilir ki, nazir dünən günorta saatlarında "Azadlıq" prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını ilə qəzaya düşüb.

Mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.
 
Bu gün gecə saatlarında isə qəzanın videosu yayılıb. Videoada görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək "Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsizlik yastıqları açılır.  
 
Qəza videosu nazir Kəmaləddin Heydərovun həmin avtomobilin yanında dayanmış başqa bir avtomobilə əyləşməsi ilə davam edir. Maraqlıdır ki, videoda nazirin qəzaya düşdüyü avtomobildən düşməsi görünmür. O hissədə video kəsilib.
 
Həmin görüntüləri təqdim edirik: