\
29 May 2020 - Cümə

Ötən gün saxlanılan İŞİD lideri haqda təfərrüatlar açıqlandı

Ötən gün saxlanılan İŞİD lideri haqda təfərrüatlar açıqlandı
1588baxış
İraq Müdafiə Nazirliyi İŞİD terror qruplaşmasının öldürülən lideri Əbubəkr Bağdadinin xələfləri arasında adı keçən və ötən dün saxlanıldığı elan edilən Əbdunnasir Kardaşla bağlı kimlik və təşkilati məlumatları açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, nazirliyin məlumatına görə, əsl adı Taha Əbdürrahim Abdullah Bəkir əl-Qassani olan İŞİD lideri 1967-ci ildə Ninovanın Təlafər rayonunda doğulub və Mosulun Mişeyrfe səmtində yaşayıb.
 
Kardaşın 2007-ci ildə İŞİD-ə üzv olduğu və Əl-Cəzirə bölgəsində il sonua qədər valilik etdiyi, bu müddətdə də İraq qüvvələrinə və mülki əhaliyə qarşı bir çox əməliyyatlar təşkil etdiyi bildirilib. O, 2010-cu ilin əvvəlində Şimal bölgəsində vali köməkçiliyinə, daha sonra isə Bağdadinin əmri ilə valilik vəzifəsinə gətirilib.
 
 
Kardaş 2011-ci ildə Bağdaddan kənarda Bağdadi ilə görüşüb və sənaye və inkişaf birliyinin rəhbərliyinə gətirilib. Daha sonra İŞİD lideri ona Suriyaya gedib silah və partlayıcı emalatxanaları açma vəzifəsini həvalə edib.
 
Kardaş Suriyanın Şərq bölgəsinin rəhbəri, qruplaşmanın idarə heyətindən Əbu Məhəmməd Əl Adnaninin öldürülməsindən sonra isə Bağdadinin müavini olub.
 
Bildirilir ki, Kardaş Suriyada Kobani döyüşündən, Tedmur, Hələb və Şamın ələ keçirilməsindən məsul olub, İraq qüvvələrinə hücumda istifadə olunan xardal qazının istehsalında böyük rol oynayıb.
 
Qeyd edək ki, onun ötən gün İraq Kəşfiyyat Qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində saxlanıldığı barədə məlumat verilmişdi.