\
17 Yanvar 2021 - Bazar günü

Fondun Qusar rayon şöbəsinin müdiri və 3 əməkdaşı işdən çıxarıldı

Fondun Qusar rayon şöbəsinin müdiri və 3 əməkdaşı işdən çıxarıldı
1688baxış
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb.
 
Onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar.
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya faktı təsdiqləyib.