\
29 May 2020 - Cümə

"ASAN Xidmət"də orta yaş həddi isə 32-dir

"ASAN Xidmət"də orta yaş həddi isə 32-dir
1595baxış

2019-cu il ərzində Prezident yanında Vətəndaşlar Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) kadr potensialının gücləndirilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində keçirilmiş müsabiqə və müsahibələrin nəticələrinə görə 84 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunub.

Mediapress.az xəbər verir ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Dövlət Agentliyinin işçilərinin sayı 180 vahid artırılaraq 895 ştat vahidi təşkil edib. 

Əməkdaşların 58.5 faizi kişilər, 41.5 faizi isə qadınlardır, orta yaş həddi isə 32-dir.