\
19 Aprel 2024 - Cümə

Şamaxı yolunda qəzada 5 nəfər ölüb, iki nəfər yaralanıb

Şamaxı yolunda qəzada 5 nəfər ölüb, iki nəfər yaralanıb
1749baxış
Qardağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 
 
Mediapress.az "Report"a istinadən xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Hadisə zamanı "Saipa"nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər. 
 
Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə 
 
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.