\
25 Aprel 2024 - Cümə axşamı

Avtomobil quyuya düşüb: bir nəfər ölüb, digəri yaralıdır - FOTOLAR

Avtomobil quyuya düşüb: bir nəfər ölüb, digəri yaralıdır - FOTOLAR
1115baxış

Mediapress.az xəbər verir ki, Gəncənin Atabəylər prospektində "VAZ-2106" markalı avtomobil qazıntı işləri aparılmış 10-15 metrlik dərin quyuya düşüb.

Qəza nəticəsində avtomobildə olan, 30 yaşlı Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan F.Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

FOTOLAR: Nazir Quliyevə məxsusdur