\
24 Aprel 2024 - Çərşənbə

Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
1880baxış
Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. 
 
Milli Hidrometeorologiya Xidmətindən Mediapress.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 
 
Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
 
Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.