\
24 Aprel 2024 - Çərşənbə

"UAZ" markalı avtomobil hərəkətdə ikən qəfildən alışıb - Tovuzda - FOTOLAR

"UAZ" markalı avtomobil hərəkətdə ikən qəfildən alışıb - Tovuzda - FOTOLAR
1926baxış

Tovuzun Düz Cırdaxan kəndində Araz Həsənova məxsus "UAZ" markalı avtomobil hərəkətdə ikən qəfildən alışıb. Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

Mediapress.az xəbər verir ki, avtomobili söndürmək üçün Tovuz rayon Yanğından Mühafizə İdarəsinin briqadası cəlb olunub və alov söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.

Fotolar: Nazir Quliyevə məxsusdur.