\
4 Iyul 2020 - Şənbə

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
1625baxış

Bu gün Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

"Mediapress.az" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 489-a çatıb. 

Sutka ərzində COVID-19-a daha 1 141 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 162 120 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1 594 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 125 963-ə çatıb.