\
4 Iyul 2020 - Şənbə

Qənirə Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib

Qənirə Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib
1451baxış
MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva uşaqlarla birgə "Xalça Muzeyi”ni ziyarət edib.
 
Mediapress.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, "Təmiz Dünya” Uşaq Sığınacağında məskunlaşamış uşaqların paytaxdakı muzeylərdən birini ziyarət arzusunu nəzərə alaraq, uşaqlarla və sığınacağın qurucusu Mehriban Zeynalova birlikdə "Xalça Muzeyi”ndə olub. 1 iyun – Uşaqların Hüquqlarını Beynəlxalq Müdafiə Günü ərəfəsində gerçəkləşən görüş və ziyarət uşaqların sevincinə səbəb olub; muzeylə yaxından tanışlıq, muzey rəhbərliyi ilə, Mədəniyyət Komitəsinin sədri ilə səmimi söhbət imkanı uşaqlar tərəfindən maraqla qarşılanıb.
 
Komitə sədri Qənirə Paşayeva sığınacaqdakı uşaqların hər birinə hədiyyələr bağışlayıb, onlara ən xoş diləklərini yetirib, yaxşı təhsil almalarını arzu və təmənna edib.
 
Qənirə Paşayeva sığınacaq rəhbərliyinin, uşaqların sığınacaqdan kənarda mədəni tədbirlərə, o cümlədən muzeyləri ziyarətə cəlb edilməsini çox yaxşı təcrübə kimi qiymətləndirib, gələcəkdə digər muzeylərə də birgə ziyarətlərdən məmnun olacağını deyib.