\
4 Iyul 2020 - Şənbə

“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir

“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir
1415baxış

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.

Mediapress.az” bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb. 

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - deyə THY-dən "Report"a bildirilib.