\
19 Aprel 2024 - Cümə

Avtomobil yolun ortasında "park edildi"

Avtomobil yolun ortasında "park edildi"
1781baxış
Bakıda sürücü maşınını yolun ortasında saxlayıb getdi.
 
Qəribə parkinq Yasamal rayonu, Bəsti Bağırova küçəsində, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD xəstəxanası) qarşısında qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O işlək küçənin ortasında park edilən maşının fotolarını "çox istədim nəsə şərh yazım, amma avtomobilin bu formada park olunmasına bir anlam verəcək söz tapmadım" deyə şərh edib.
 
Qurum rəsmisi artıq avtomobilin BNA əməkdaşları tərəfindən müvəqqəti duracağa təxliyə olunduğunu bildirib.