\
26 Aprel 2024 - Cümə

ABŞ-da güclü zəlzələ olub

ABŞ-da güclü zəlzələ olub
1878baxış

ABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.

Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlar Hollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və itki barəsində məlumat yayılmayıb.