\
24 Aprel 2024 - Çərşənbə

Xüsusi karantin rejimini pozanlar inzibati və cinayət məsuliyyəti daşıyır - Operativ Qərargah

Xüsusi karantin rejimini pozanlar inzibati və cinayət məsuliyyəti daşıyır - Operativ Qərargah
1020baxış

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

"Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq", bildirilib.