\
16 Aprel 2024 - Çərşənbə axşamı

Prezidentdən Ağcabədi ilə bağlı 7 milyonluq - SƏRƏNCAM

Prezidentdən Ağcabədi ilə bağlı 7 milyonluq - SƏRƏNCAM
1974baxış
Prezident İlham Əliyev Ağcabədi rayonunu ilə bağlı iki sərəncam imzalayıb.
 
İlk sərəncamla Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması tapşırılıb.
 
İkinci sərəncamla isə on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.