\
28 Mart 2024 - Cümə axşamı

Almaniyada bir gündə koronavirusa 475 nəfər yoluxdu

Almaniyada bir gündə koronavirusa 475 nəfər yoluxdu
1944baxış

Almaniyada son sutka ərzində koronavirusdan 30 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

 

İnstitutun məlumatına görə, son bir gün ərzində ölkədə yeni tip koronavirusa yoluxanların sayı 475 nəfər artıb.

Qeyd edilir ki, AFR-də bütün pandemiya ərzində təhlükəli virusa 183 271 yoluxma aşkarlanıb, COVID-19-dan 8 613 ölüm qeydə alınıb. Koronavirusa yoluxmuş 168,5 mindən çox insan sağalıb.

Virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 47 268 nəfərdə təhlükəli virus aşkarlanıb. Şimali Reyn-Vestfaliyada 38 439 və Baden-Vürtemberqdə 34 870 insanın COVID-19 analizi müsbət nəticə verib. Berlində virusa 6 946 yoluxma qeydə alınıb. 

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.