\
20 Aprel 2024 - Şənbə

Deputatın əmisi qızı koronavirusdan vəfat edib - "Karantinə görə yas keçirə bilmədilər"

Deputatın əmisi qızı koronavirusdan vəfat edib - "Karantinə görə yas keçirə bilmədilər"
7048baxış

Mediapress.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin üzvü Aydın Mirzəzadəyə ağır itki üz verib. Belə ki, deputatın əmisi qızı koronavirusun qurbanı olub. Bu barədə Aydın Mirzəzadə özü məlumat verib.

"Dünən əmimqızı koronavirusdan 64 yaşında vəfat etdi. Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Axırıncı iki gün süni nəfəs aparatına qoşsalar da, xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur.

Oğlu Gəncədə şirkətlərin birində sürücü işləyir. İndi düşünürlər ki, xəstəliyə birinci o yoluxub və ailəyə gətirib. Bir neçə gün hesab ediblər ki, soyuq dəyib, xəstəlik ağırlaşanda klinikaya yerləşdiriblər. Oğlu və digər üç ailə üzvü hələ də xəstəxanadadır. Karantinə görə yas keçirə bilmədilər, mən də gedə bilmədim", - deyə Aydın Mirzəzadə koronavirusa inanmayanlara israr etməməyi məsləhət görüb. 

Allah rəhmət eləsin!