\
2 Iyul 2020 - Cümə axşamı

APA TV-də daha bir maraqlı mövzu müzakirə edildi - "Şərq və qərbdə "ayıb" anlayışına münasibət" - VİDEO - FOTOLAR

APA TV-də daha bir maraqlı mövzu müzakirə edildi - "Şərq və qərbdə "ayıb" anlayışına münasibət" - VİDEO - FOTOLAR
3766baxış

Bu gün Apa TV-nin canlı yayımında "Tahirə ilə günün yarısı" adlı veriliş tamaşacılara təqdim olundu.  

Verilişin qonaqları "Mediapress.az" saytının redaktoru Könül Aypara, aktyor Ruslan Sabirli, rejissor Mahir Dərviş və İncəsənət üzrə fəlsəfə doktoru, Xarici Dillər Universitetinin müəlliməsi Nərminə Ağasi olub. 

Qonaqlar aparıcı Tahirə Məmmədqızının "Şərq və qərbdə "ayıb" anlayışına münasibət" mövzusu ətrafında öz fikirlərini irəli sürüblər. 

Ziddiyyətli və maraqlı polemika izləyicilər tərəfindən də diqqətə səbəb olub.

"Verilişimiz həftədə bir dəfə yayımlanır - APA TV-də. Bu gün cəmiyyətdə "ayıb" anlayışına münasibətimiz müzakirəyə qoyuldu. Əsas sosial və mədəniyyət incəsənət sahəsində olan problemlərlə bağlı müxtəlif mövzuları müzakirə edirik. Qonaqlarımız da ictimai sahədə tanınmış simalardan ibarət olur", - deyən Tahirə Məmmədqızı qonaqların fikrinin ziddiyyətli olacağını proqnozlaşdırsa da, bunun tam əksi ilə qarşılaşdığını da əlavə etdi.

Günel Ayxan