\
25 Aprel 2024 - Cümə axşamı

Tovuzda 5 otaqlı ev yandı - FOTOLAR

Tovuzda 5 otaqlı ev yandı - FOTOLAR
4485baxış

Tovuz rayonu Heydər Əliyev prosspektində 5 otaqlı mənzil yanıb. 

Arifə Qasımovaya məxsus binanın 4-cü mərtəbəsində qeydə alınan hadisədə 130 kv metrik mənzilin böyük hissəsi əşyaları ilə birlikdə yanıb. İlkin məlumata görə, evi azyaşlı uşaq yandırıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun qarşısını alarkən bir yanğın söndürən əməkdaşı tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma başlanılıb, yanğının dəqiq səbəbləri öyrənilir.

Mediapress.az