\
25 Aprel 2024 - Cümə axşamı

Sözçünün övladı tələbə adına layiq görüldü - FOTOLAR

Sözçünün övladı tələbə adına layiq görüldü - FOTOLAR
5409baxış

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərovun ailəsində xoş hadisə baş verib.

Belə ki, sözçünün qızı Rübabə Türkiyənin Özyügen Universitetinin kompyuter proqramları muhəndisliyi fakultəsinə qəbul olunub.

Mediapress.az xəbər verir ki, bu barədə Elnur müəllim Facebook səhifəsində paylaşım edib:

“Rübabə, axır ki, iki arzuna birdən çatdın. Birinci, məktəbi bitirdin, ikinci, universitetə də qəbul olundun. Son zəng sevinci ilə tələbə adını qazanmağını birgə yaşayırsan. Təbrik edirəm, Rubuş. Qəbul olunduğun ali məktəbi savadlı kompyuter proqramları mühəndisi olaraq bitirməyini, dövlətimizə, xalqımıza, millətimizə layiqli və xeyirli vətəndaş olaraq uca zirvələrə qalxmağını arzulayıram. Arzu edirəm ki, Azərbaycanımızı dünyada layiqincə təmsil edəcək mütəxəssilərdən olasan! Zirvələr səni gözləyir, qızım!”