\
20 Aprel 2024 - Şənbə

"ADY" QSC-də karantin elan olunub?! EKSKLÜZİV - Natavan Bayramova: "Bütöv şöbənin karantinə alınması yoxdur hələ ki"

"ADY" QSC-də karantin elan olunub?! EKSKLÜZİV - Natavan Bayramova: "Bütöv şöbənin karantinə alınması yoxdur hələ ki"
6776baxış

Yeni növ koronavirus (COVID-19) infeksiyası Azərbaycanda geniş vüsət almaqdadır. Artıq dövlət idarələrinin əməkdaşları - millət vəkilləri, nazirliklərin işçiləri belə yoluxmadan yan keçə bilmirlər.  

Mediapress.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin bir şöbəsi karantinə alınıb. Daha doğrusu, əməkdaşlardan birində Kovid-19 virusu aşkarlandığından, digərləri də test prosesindən keçiriliblər. 

Hadisə ilə bağlı qurumun Mətbuat Katibliyi şöbəsinin rəhbəri Natavan Bayramova ilə əlaqə saxladıq.  

"Heç bir qurum bu virusdan sığortalanmayıb. Təbii ki dəmiryolçular arasında da yoluxma hallarına rast gəlinir. Çünki bu çətin dönəmdə onlar da işləyən heyətin içərisindədirlər", - deyə açıqlama verən Natavan xanım əlavə etdi ki, Azərbaycan Dəmir Yolları QSC-də yoluxma halları var." 

"Təbii ki, təkzib etməyəcəyəm. Lakin bütöv şöbənin karantinə alınması yoxdur hələ ki.... şükür. Sadəcə həmin yoluxan şəxslə ünsiyyətdə olanlardan testlər götürülüb. Test cavabları çıxanadək öz evlərində qalmaları, evdən işləmələri tövsiyyə olunub. Hətta bəziərinə 7 gün, 14 gün vəziyyətdən asılı olaraq öz evlərində karantində qalmaları bildirilib. Bu işə bizdə ADY-nin Həkim-Sanitar xidməti nəzarət edir. Belə hallarda dərhal "TƏBİB"ə məlumat verilir. Onlardan da öyrənə bilərsiz", 

Əlavə edək ki, pndemiya elan olunan dərhal sonra koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Könül Aypara