\
23 Aprel 2024 - Çərşənbə axşamı

Kürdə batan şəxsin meyiti tapıldı

Kürdə batan şəxsin meyiti tapıldı
1711baxış

Kür çayının Kürdəmir rayonunun Mollakənd kəndi ərazisindən keçən hissəsində batan 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Mediapress.az-a bildiriblər ki, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, iyunun 22-də İmişli rayonunun Telişli kənd sakini 2004-cü il təvəllüdlü A.Usubov Kür çayının Kürdəmirin Mollakənd kəndi ərazisindən keçən hissəsində həmyaşıdları ilə birlikdə çimərkən qəflətən halı pisləşib. Yaxındakılar onu sudan çıxarmağa cəhd göstərsələr də, xilas edə bilməyiblər. A.Yusifov çayda boğulub.