\
26 Aprel 2024 - Cümə

Türkiyə kəşfiyyatı Fransa lehinə casusluq edən yerli vətəndaşları yaxaladı

Türkiyə kəşfiyyatı Fransa lehinə casusluq edən yerli vətəndaşları yaxaladı
1675baxış

Türkiyə hüquq-mühafizə orqanları Fransa üçün casusluq fəaliyyəti göstərməkdə şübhələnən 4 şəxsi yaxalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb.

İstintaqın versiyasına görə, həbs olunan şəxslər Türkiyənin mühafizəkar təşkilatlar, dini qrup və icmalar, habelə Dini işlər idarəsindəki daxili mühitlə bağlı informasiya toplamaqla məşğulmuşlar.

Həmin adamlar Milli Kəşfiyyat Təşkilatının agentləri adından, saxta vəsiqələrlə müxtəlif insanları dindiriblər və bunu guya İŞİD kimi terrorçu qruplarla bağlı məlumat yığmaq məqsədilə həyata keçirdiklərini deyiblər.

Onlardan biri də Metin Özdemirdir. Metin Özdemir bir vaxtlar Əfqanıstanda qulluq etdiyi zaman Fransanın hərbi kəşfiyyatı tərəfindən ələ alınıb. Türkiyəyə geri döndüyü vaxt o, həmin ölkənin İstanbuldakı baş konsulluğunda mühafizəçi kim çalışıb. Burada o, Fransanın Xarici təhlükəsizlik baş idarəsi ( Xarici və hərbi kəşfiyyat üzrə birgə idarə sayılır-red.) ilə kontakta keçib. Metin Özdemirə “Bruno” kod adlı fransız kəşfiyyatçı kuratorluq edib və ona gələcəkdə dünyanın ən elitar hərbi birliklərindən sayılan xarici legionda xidməti vəzifə vəd olunub.

Həbs edilən casusun etirafına görə, bu müddət ərzində o, 120 imamı (molla-red.) dindirərək, əldə olunan məlumatları Fransa tərəfinə ötürüb. Meitn Özdmir özü ilə bərabər bələdiyyə məmurunu, otel işçisini və telefon ticarəti ilə məşğul olan başqa bir nəfəri casusluq işinə cəlb edib.

Fransa tərəfdən “Bruno”dan başqa “Virciniya” və “Sebastyan” kod adlı kəşfiyyatçılar əməliyata rəhbərlik ediblər.