\
28 Mart 2024 - Cümə axşamı

Ukraynada daha 23 nəfər koronavirusdan öldü

Ukraynada daha 23 nəfər koronavirusdan öldü
1706baxış

Ukraynada son sutkada 833 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 23 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 38 074 yoluxma faktı qeydə alınıb. Onlardan 1 035 nəfər ölüb, 16 959 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,1 milyonu ötüb. Bunların 4,9 milyondan çoxu sağalıb, 474 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.