\
29 Mart 2024 - Cümə

Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü

Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
1172baxış

Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə KİV-ə açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib: "Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir".