\
20 Aprel 2024 - Şənbə

Bu səlahiyyət nazirliyə verildi - Səbəb

Bu səlahiyyət nazirliyə verildi - Səbəb
1152baxış

"COVİD-19-la mübarizəni ölkəmizdə daha da təkmilləşdirmək üçün ambulator müalicə üzərində idarəetmə Səhiyyə Nazirliyinə həvalə olunub".

Bu sözləri TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Burada məqsəd iş yükünün azalmasıdır. Nəzərə alaq ki, hər bir vətəndaşın üzərində polis nəzarətinin olması mümkün deyil. Buna görə də evdə müalicə olunan xəstələrin nəzarəti sahə həkimi tərəfindən aparılacaq. Müəyyən saatlarda həkimlər xəstəni müşahidə edəcəklər", - o bildirib.