\
25 Aprel 2024 - Cümə axşamı

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib
1997baxış

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. 

Bu barədə Mediapress.az-a  qurumun mətbuat xidmətindən məlumat verilib.

İstehlakçılardan yaranan qəza halları ilə bağlı çağrı mərkəzinə müraciət etmələri xahiş olunur: "İstehlakçılardan xahiş edirik ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini rəsmi Facebook və Instagram səhifələrimizə, whatsapp nömrəmizə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı Mərkəzimizə yönləndirsinlər".