\
16 Aprel 2024 - Çərşənbə axşamı

Pentaqonun pandemiyaya hazırlaşması üçün milyard dollarlıq təklif

Pentaqonun pandemiyaya hazırlaşması üçün milyard dollarlıq təklif
1996baxış
Konqresin Aşağı Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit Pentaqonun gələcək pandemiyalara hazırlanması üçün bir milyard dollarlıq fond yaratmağı təklif edib. 
 
Qaynarinfo bildirir ki, bu barədə cümə axşamı CNN xəbər verib.
 
Komitə nümayəndələrindən birinin jurnalistlərə dediyi kimi, Milli Müdafiə Qanununa daxil edilə biləcək bir qanunverici təşəbbüs, mümkün pandemiyaya hazırlığı təmin etmək və bir milyard dollarlıq büdcə ilə ona qarşı çıxmaq üçün milli təhlükəsizlik fondunun yaradılmasını nəzərdə tutur.
 
Sənədin mətnində bildirilir ki, hərbi-sənaye bazasındakı kiçik müəssisələrə dəstək üçün iki yüz milyon dollar ayrıla bilər, daha 750 milyonu pandemiyaya hazırlıqla əlaqədar araşdırmalara, 50 milyon isə yeni çağırışlara peşəkarlıqla tez cavab verməyin yollarını tapmağa yönəldiləcək