\
19 Aprel 2024 - Cümə

"MedEra"da əməliyyat olunan qız iflic oldu (FOTO)

"MedEra"da əməliyyat olunan qız iflic oldu (FOTO)
1169baxış
Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
 
Mediapress.az axşam.az-a istinadən xəbər verir ki, adının ictimailəşməsini istəməyən xanım mədəkiçiltmə əməliyyatından sonra iflic olduğunu deyib.
 
O bildirib ki, bu ilin əvvəlində "MedEra" klinikasında bariatrik-metabolik cərrah Fərid Rəfiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan ay yarım sonra pasiyentin səhhətində ciddi problemlər başlayıb:
 
"Əməliyyat yanvarın 16-da baş tutdu. Ay yarım sonra qusmalar, mədəmdə güclü ağrılar başladı. Karantin vaxtı olduğu üçün xəstəxanalar işləmədi, analizə gedə bilmədim. Mədəmdəki ağrılarla bağlı Fərid həkimə mesaj yazdım. O, bunun normal olduğunu dedi. Analiz vermədən, yoxlamadan mənə dərmanlar yazdı. Qusma dayansın deyə dərmanları içdim