\
25 Aprel 2024 - Cümə axşamı

Şəhidin həyat yoldaşı koronavirusa yoluxub, qızının test cavabı gözlənilir...

Şəhidin həyat yoldaşı koronavirusa yoluxub, qızının test cavabı gözlənilir...
1333baxış

Mediapress.az-ın əldə etdiyi məlumata görə, şəhid Şaban Cəfərovun həyat yoldaşı koronavirusa yoluxub. Qızı Nərminin test cavabı isə hələ ki, açıqlanmayıb.

Xatırladaq ki, Nərmin Cəfərova ötən il ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Müraciətin məqsədi "Xalq Bank"a olan borca görə evlərindən çıxarılması idi. 

Mehriban xanımın sayəsində şəhid Şaban Cəfərova elə dövlət tərəfindən verilən mənzil yenidən ailəsinə qaytarılmışdı. 

Səbinə Yusif