\
2 Iyul 2020 - Cümə axşamı

DTX: Keçmiş MTN-in “polkovnik Ofeliya Mahmudova” adlı əməkdaşı olmayıb

DTX: Keçmiş MTN-in “polkovnik Ofeliya Mahmudova” adlı əməkdaşı olmayıb
1755baxış

 

Son günlər bəzi kütləvi informasiya vasitələrində "Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. "Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.
 
Mediapress.az-ın xəbərinə görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayaraq bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) "polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb:
 
"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır".