\
2 Iyul 2020 - Cümə axşamı

Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu

Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu
1435baxış

Azərbaycanda iki vəkildə koronavirus aşkarlanıb.

“Report”un xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov sosial şəbəkədə məlumat yayıb.

Bildirib ki, VK-nın 2 vəkili koronavirusa yoluxub və onlar ev şəraitində müalicə olunur.

Məlumata görə, koronavirusa yoluxan vəkillər Çimnaz Eyubova ilə Ramin Hacıyevdir.