\
19 Aprel 2024 - Cümə

Çinin Honkonq qərarı: Sabahdan qüvvəyə minir

Çinin Honkonq qərarı: Sabahdan qüvvəyə minir
1821baxış

Çin hökuməti Honkonqda tətbiq ediləcək Milli Təhlükəsizlik Aktını təsdiqləyib.

Axar.az xəbər verir ki, Çin Milli Xalq Konqresində keçirilən səsvermədə Milli Təhlükəsizlik Aktı yekdilliklə qəbul edilib. Aktın iyulun 1-dən etibarən qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, aktda Çin hökumətini dağıtmaq, üsyana təşəbbüs, vətənə xəyanət və milli təhlükəsizliyə təhlükə yaradan aksiyaların keçirilməsi qadağan edilir.