\
19 Aprel 2024 - Cümə

Hindistan "Tik-tok"u qadağan etdi

Hindistan "Tik-tok"u qadağan etdi
1797baxış
Hindistanda Tik-tok sosial şəbəkəsi də daxil olmaqla Çin mənşəli 56 tətbiqin istifadəsinə qadağa qoyulub.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumət sözügedən tətbiqlərin Hindistanın suverenliyinə və ərazi bütövlüyünə zərər verdiyi qənaətindədir. Tətbiqlərin ölkənin müdafiəsinə, dövlət təhlükəsizliyinə və ictimai vəziyyətə zərərli olduğu bildirilib.
 
Hökumət həmçinin Çində hazırlanan proqramların mobil telefonlardan başqa digər cihazlarda da əngəllənəcəyini açıqlayıb. Siyahıda Tik Tok, WeChat, UC Browser, Kwai, Baidu Map, Clash of Kings, Mi Community, Club Factory, UC News, Weibo, QQ Music və Mobile Legends kimi tətbiqlər yer alıb.