\
29 Mart 2024 - Cümə

Koronavirus testlərinin cavablarının gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Koronavirus testlərinin cavablarının gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
1771baxış

 

"Testlərlə bağlı 23 laboratoriya fəaliyyət göstərir və bu imkanların artırılması gözlənilir”. 
 
Mediapress.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 
 
Onun sözlərinə görə, ölkəyə yeni test və avadanlıqların gətirilməsi gözlənilir:
 
"Test cavablarının gecikməsi yoluxanların sayının artması ilə bağlıdır. Xahiş edirik, insanlar bu məsələdə anlayışlı olsunlar”.